“Brent” neftin qiyməti 85 dollara düşdü

11:15 22.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0.70 % azalaraq 1 barelə görə 85.18 ABŞ dolları təşkil edib.

 

Hafta.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.72% azalaraq 80.49 ABŞ dollar təşkil edib.